Çempionlar Liqası: “Qarabağ” pley-off mərhələsinə vəsiqə qazandı - YENİLƏNDİ

media-hightechnic-468x90

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin sonuncu – VIII turunda “Liverpul”a (İngiltərə) böyük hesabla uduzub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, “Enfild” stadionunda keçirilirən matçda ev sahibləri 6:0 hesablı qələbəyə seviniblər.

Məğlubiyyətə baxmayaraq “köhlən atlar” əsas mərhələdə topladığı 10 xal sayəsində pley-off mərhələsinə yüksəlməyi bacarıb.

***

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin sonuncu – VIII turunda “Liverpul”a (İngiltərə) böyük hesabla uduzub.

Yenicag.az xəbər verir ki, “Enfild” stadionunda keçirilirən matçda ev sahibləri 6:0 hesablı qələbəyə seviniblər.

***

Matç bitdi.

***

90+1-ci dəqiqədə Kyeza adını tabloya yazdırır.

***

61-ci dəqiqədə Aleksis Makallister dubl edir.

***

57-ci dəqiqədə Yoqo Ekitike komandasının növbəti qolunu vurur.

***

50-ci dəqiqədə Məhəmməd Salah qapını dəqiq nişan alıb.

***

İkinci hissə başladı.

***

Fasilə

***

Meydan sahibləri 21-ci dəqiqədə “Qarabağ”ın qapısından ikinci qolu keçirib.

***

Meydan sahibləri ilk topu qapıdan keçirib. Matçın 15-ci dəqiqəsində Aleksis Makallister hesabı açır.

***

Matç başladı.

***22:57

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda üz-üzə gələcək İngiltərənin “Liverpul” və “Qarabağ” kollektivlərinin start heyətləri bəlli olub.

Yenicag.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

“Liverpul”: Alisson Bekker, Ceremi Frimponq, Rayan Qravenberx, Virdcil Van Deyk (k), Robertson, Florian Virts, Aleksis Makallister, Dominik Soboslai, Məhəmməd Salah, Yoqo Ekitike, Kadi Qakpo

“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VIII turunun “Liverpul” – “Qarabağ” qarşılaşması bu gün “Enfild”də, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05