Parlamentin növbədənkənar iclası keçiriləcək

media-hightechnic-468x90

Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı yaxın günlərdə deputatlar parlamentin sədrinə müraciət edəcəklər.

Növbədənkənar sessiyanın iyun ayında keçirilməsi planlaşdırlır.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında Milli Məclisin növbədənkənar sessiyasını çağırılır. Milli Məclisin növbədənkənar sessiyaları dövründə Milli Məclis öz iclaslarını keçirir, komitə və komissiyaların iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.

Qeyd edək ki, parlamentin yaz sessiyası mayın 31-də başa çatır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600