Partiya sədrinin qohumunu güllələdilər

media-hightechnic-468x90

kçççççİyulun 12-də gecə saat 04:00-da Biləcəri qəsəbəsində ölümlə nəticələnən dava baş verib.

1978-ci il təvəllüdlü Samur Həsənov mübahisə nəticəsində 1981-ci il təvəllüdlü Fərid Həsənov və onun qardaşı 1977-ci il təvəllüdlü Şəhriyar Həsənovu vurub. Samur Həsənov əvvəlcə Fərid Həsənovu boynundan tapança ilə güllələyib. Daha sonra qardaşı Şəhriyar Həsənovu bıçaqlayıb.

Öldürülən Fərid Həsənov və yaralanan Şəhriyar Həsənov Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin yaxın qohumudur.

Partiya sədri Əli Əliyev açıqlamasında Həsənov qardaşlarının onun yaxın qohumu olduğunu təsdiqləyib. Partiya sədri geniş açıqlama vermək istəməyib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600