Reklam: High Technic
hightechnic

Partlayışda yaralananların son durumu: "Tanınmaz haldadır" - XƏSTƏXANADAN AÇIQLAMA

“Elite” ticarət mərkəzinin yaxınlığındakı avtomobil ehtiyat hissələrinin satıldığı bazarda yerləşən kafedə qaz partlayışı nəticəsində yaralanan şəxsilərin vəziyyəti ağırdır.

5 nömrəli Şəhər Klinik Xəstəxananın Yanıq şöbəsindən Yenicag.az-a verilən məlumata görə, xəstəxanaya iki yaralı gətirilib:

“İbrahimov Natiq Zahid oğlunun vəziyyəti çox ağırdır. Bədəni tamamilə yanıb, tanınmaz haldadır. Digər yaralı İbrahimova Şəkər Xosrov qızının da vəziyyəti ağırdır. Hazırda hər iki yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Əlimizdən gələni edirik”.

Cəvahir

www.yenicag.az

1619