Xəbər verdiyimiz kimi, Binəqədi rayonundakı mebel sexində baş verən partlayışla əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir.
Yenicag.az xəbər verir ki, partlayışdan sonra hələ də qohumlarından xəbər ala bilməyən şəxslər hadisə yerinə gəliblər. Onlar Əsmayə Quliyeva və Solmaz Abbasova adlı qadınları axtarırlar.
Onların taleyi hələlik məlum deyil. Qadınların dağıntılar altında qaldığı ehtimal edilir.
Qeyd edək ki, bundan öncə mebel sexindəki partlayışda həlak olan 9 nəfərdən altısının kimliyi bəlli olmuşdu. Onlar Zaur Cəfərov, Aydın Atakişiyev, Elvin Məmmədov, Fərid Qubadov, həmçinin Azər və Ülviyyə adlı şəxslərdir./unikal
www.yenicag.az