Paşinyan İrana rəsmi səfər edəcəyini açıqladı
Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın zamanda İrana rəsmi səfərə yollanacaq.
Yenicag.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Paşinyan İrəvanda keçirilən brifinqdə bildirib.
Bununla belə, o, səfərin konkret vaxtını, eləcə də təfərrüatlarını açıqlamayıb./Report/













