!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyandan absurd AÇIQLAMA: “Baş nazir erməni cəmiyyətini Azərbaycan qorxusu ilə təhdid etməyə çalışır”

!Reklam – Yazi

Nikol Paşinyan davamlı şəkildə ziddiyyətli açıqlamalar verdiyini artıq altı ildir görməkdəyik və bu ziddiyyətli açıqlamalar, xüsusilə də son dörd ildə özünü ən açıq şəkildə göstərən bir amildir.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.

Siyasi təhlilçi Ermənistanın baş naziri Nikol Paşinyanın hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvləri ilə keçirilən görüşdə Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirib.

O. Qasımova görə, N. Paşinyanın bu açıqlamaları faktiki olaraq iki ölkə arasında əldə olunmuş hansısa razılaşmalara zərbə vurur və prosesi ləngitmək məqsədi daşıyır.

“Təbii ki, Ermənistan, o cümlədən, Nikol Paşinyan özü müstəqil siyasi iradə mərkəzi olmadığından, kənardan gələn təlimatlar əsasında fəaliyyət göstərir. Ermənistan baş nazirinin söylədiyi fikirlər başdan-başa cəfəngiyat, absurd fikirlərdir. Azərbaycanın Ermənistanın müstəqilliyi və onun belə məhdudlaşdırılması ilə bağlı rəsmi siyasəti yoxdur. Əksinə, Azərbaycan Ermənistanla normal tərəflər olaraq, həm də əməkdaşlıq formatı təklif edib ki, bu təkliflər həm “3+3” regional formatıdır. Digər tərəfdən, Azərbaycan-Gürcüstan-Ermənistan əməkdaşlıq formatını da Azərbaycan Prezidenti təklif edib. Bu baxımdan, Nikol Paşinyanın bu açıqlamalarının heç bir əsası yoxdur”, – deyə o əlavə edib.

Politoloq xatırladıb ki, son 100 ildən artıq müddətdə erməni terrorizminə məruz qalmış cəmiyyətimizdə, əlbəttə ki, Ermənistana və onun apardığı siyasətə qarşı bir qəzəb var:

“Amma bu cəmiyyətdə fərdlər arasında olan bir münasibət ola bilər ki, bunun dövlət siyasətinə heç bir aidiyyəti yoxdur. O baxımdan, bu cür açıqlamalar, sadəcə olaraq, iki tərəf arasında normallaşma müddətinə, habelə, sülh müqaviləsinin bağlanmasına zərbə vuran və bir az da Ermənistanın daxili siyasi auditoriyasına yönəlmiş bir açıqlamalardır. Bununla Nikol Paşinyan, əslində, cəmiyyəti həm də Azərbaycan qorxusu ilə təhdid etməyə çalışır ki, bu da onun siyasətinin tərkib hissəsidir”.

Mütəxəssis diqqətə çatdırıb ki, Azərbaycanın Ermənistandan son olaraq bir tələbi var:

“Azərbaycan və Türkiyə ərazi iddiaların yer aldığı Ermənistanın qanunvericilik aktlarında, eləcə də konstitusiyasında dəyişikliklər edilməlidir və bu maddələr oradan çıxarılmalıdır. Əks halda, normallaşma prosesi baş tuta bilməz. Çünki konstitusiyada əks olunan müddəalar birbaşa bizim daxili işimizdir və bu Ermənistanın daxili məsələsi deyil. Ona görə də Azərbaycan bunu tələb edir və Ermənistanda, əgər bunu Ermənistanın müstəqilliyinin məhdudlaşdırılması kimi qəbul edirlərsə, bu, onların problemidir, onlar bu məsələni həll etməlidirlər. Necə ki, İkinci Dünya savaşından sonra məğlub olan tərəflər kimi, Almaniya və Yaponiyaya qarşı bundan da sərt tələblər qoyuldu. O tələblər qoyuldu ki, onlar konstitusiyalarında dəyişikliklər etməlidir, onların ordusu konkret olaraq kiçik həcmli və konkret qalib tərəflərin müəyyən etdiyi çərçivədə silahlara malik olmalıdır və bu məsələlər hamısı konstitusional şəkildə öz həllini tapmalıdır”.

O.Qasımov vurğulayıb ki, Azərbaycan Ermənistandan hələ ki bu tələbi etməyib:

“Əslində isə etməyə haqqı var və Ermənistan bunu başa düşməlidir ki, birincisi, işğalçı durumunda olub, ikincisi isə hərbi cinayətlərə əl atıb və bu gün də davam buna etməkdədir. Söhbət Azərbaycan ərazisinə basdırılmış milyon yarımdan artıq minaların dəqiq xəritələrinin verilməməsidir ki, artıq bununla bağlı 370-ə yaxın Azərbaycan vətəndaşı son üç il yarımda erməni mina terrorunun qurbanı olub. O baxımdan, Azərbaycanın, hətta bunu tələb etmək haqqı belə var. Amma Azərbaycan Ermənistandan yalnız konstitusiyasında dəyişikliklər etmək və qanunvericilik aktlarında qeyd olunan müddəaların çıxarılmasını tələb edir ki, bu da hansısa bir ölkənin müstəqilliyinin məhdudlaşdırılması anlamına gələ bilməz”.

Rafi Müslümov

COP29

www.yenicag.az

275
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv