!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın Putinə məktubunun pərdəarxası: "Putin Dağlıq Qarabağı dəftərindən silib" - Elxan Şahinoğlu

!Reklam – Yazi

“Paşinyan cəmiyyətinə göstərmək istəyir ki, “Baxın bu ağır vəziyyətdə Rusiya da Dağlıq Qarabağı qurtara bilmir, mən artıq nə edə bilərəm?”

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinə yazdığı məktubun detallarını şərh edən politoloq Elxan Şahinoğlu səsləndirib.

Elxan Şahinoğlunun sözlərinə görə, Paşinyan bununla Ermənistan cəmiyyətini məğlubiyyətə hazırlamağa çalışır:

“Birincisi, bu Paşinyanın Putinə məktubundan çox öz cəmiyyətini məğlubiyyətə hazırlamaqdır. Çünki özü də bilir ki, Putin Dağlıq Qarabağı dəftərindən silib. Ona görə də Paşinyan cəmiyyətinə göstərmək istəyir ki, “Baxın bu ağır vəziyyətdə Rusiya da Dağlıq Qarabağı qurtara bilmir, mən artıq nə edə bilərəm…”

İkincisi, Ermənistan Dağlıq Qarabağda xeyli canlı qüvvə və hərbi texnika itirib. Həmin hərbi texnikanın əksəriyyəti Ermənistana aid idi. Ermənistandan Dağlıq Qarabağa nə daşıdırlarsa, hamısını Azərbaycan ordusu və pilotsuz uçuş aparatları məhv etdi. Belə vəziyyətdə Ermənistanın hərbi durumu ağırlaşıb, müdafiəsi zəifləyib. Ona görə Paşinyanda və erməni cəmiyyətində qorxu var ki, Azərbaycan ordusu Dağlıq Qarabağa nəzarəti ələ keçirdikdən sonra Ermənistanın içərilərinə doğru da hərəkət edə bilər. Paşinyan qorxur ki, Putin Dağlıq Qarabağın itirilməsinə səssiz qaldığı kimi Ermənistana hücumlara da bir müddət səssiz qala bilər. Ona görə də indidən təminat almaq istəyir ki, Dağlıq Qarabağdan vaz keçdikdən sonra Rusiya heç olmazsa Ermənistanı qorusun”.

Politoloq qeyd edib ki, Putin artıq Rusiyanın hərbi texnikasının Azərbaycanın hərbi sənaye kompleksi qarşında aciz qaldığını anlayır və o, buna görə Ermənistana hərbi texnika göndərilməsinə ara verə bilər:

“Paşinyan Rusiyanın Ermənistanda hərbçi və hərbi texnika sayını artırmasını istəyir. Putin bunu edə bilər. Ancaq Putin onu da anlayır ki, Ermənistan vasitəsilə Dağlıq Qarabağa daşınan Rusiyanın bahalı hərbi texnikası kiçik ölçülü pilotsuz uçuş aparatları qarşısında acizdir. Azərbaycana məxsus pilotsuz uçuş aparatlarının Rusiyanın bahalı hərbi texnikasını darmadağın etməsi Rusiyanın hərbi sənaye kompleksinin imicinə ciddi zərbədir. Ona görə də Putin artıq Ermənistanın Dağlıq Qarabağı qoruya bilməyəcəyini anladığından Ermənistana hərbi texnikanın göndərilməsinə bir müddət ara verə də bilər”.

www.yenicag.az

6392
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv