Penitensiar Xidmətin sabiq əməkdaşı metroda öldü - FOTO

media-hightechnic-468x90

Bakı metrosunda ölüm hadisəsi baş verib.

Yenicag.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, hadisə ayın 3-də axşam saatlarında metronun İnşaatçılar stansiyasında qeydə alınıb.

Belə ki, sərnişin 1957-ci il təvəllüdlü Həqiqət Rabil oğlu Quliyevin stansiyada olarkən qəfildən halı pisləşib.

Təcili yardım gələnə qədər onun artıq dünyasını dəyişdiyi məlum olub.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov faktı İqtisadiyyat.az-a təsdiq edib.

Qeyd edək ki, H.Quliyev uzun illər Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində (“Xələc türməsi”) zabit kimi işləyib. O, təqaüdə çıxdıqdan sonra isə bir müddət Salyan şəhərindəki “Kür” hotelinin direktoru vəzifəsində çalışıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600