"Pensiya ilə bağlı yeni qərarların qəbulu gözləniləndir" - DEPUTAT

media-hightechnic-468x90

Azərbaycanda özəl pensiya fondlarının yaradılması, sığorta-pensiya münasibətlərinin tənzimlənməsi vacib istiqamətlərdən hesab olunur. Bu baxımdan islahatların dərinləşməsi və yeni qərarların qəbul edilməsi gözləniləndir.

media-pensiya

Bunu Yenicag.az-a Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Qeyd edək ki, Maliyyə Nazirliyi tərəfindən hazırlanan “2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi”ndə qeyd olunur ki, əhalinin orta ömür uzunluğu artır, buna görə də pensiya sistemində islahatların gözlənilir. Vurğulanır ki, 2024-cü ildə 65 yaşdan yuxarı şəxslərin əhalidə xüsusi çəkisi 9,1 faiz təşkil etdiyi halda, bu göstəricinin 2050-ci ilin sonunadək 18,1 faizə çatacağı gözlənilir.

Millət vəkili qeyd edib ki, pensiya islahatlarının dərinləşdirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi əsas prioritetlərdəndir:

“Özəl pensiya fondlarının yaradılması, sığorta-pensiya münasibətlərinin tənzimlənməsi vacib istiqamətlərdən hesab olunur. Bu baxımdan islahatların dərinləşməsi və yeni qərarların qəbul edilməsi gözləniləndir. Amma strategiyada qeyd olunan məsələlər uzunmüddətli dövr üçün nəzərdə tutulub. Qərarların əhalinin yaşı və sığorta ödənişləri nəzərə alınmaqla veriləcəyi gözlənilir. Hazırda daha çox özəl pensiya fondlarının yaradılması və pensiya-sığorta sisteminin daha da təkmilləşdirilməsi gözləniləndir. Bu istiqamətdə növbəti illərdə addımlar atılacaq. Sözsüz ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi mövcud fiskal imkanlar və demoqrafik vəziyyəti nəzərə alaraq bu istiqamətdə fəaliyyət planlaşdırmağa və sistemləşdirməyə çalışır”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa