Pentaqon 13 milyonluq ianə qəbul etdi - Hərbçilərin maaşının ödənilməsində çətinlik
Pentagon bildirib ki, ABŞ hökumətinin bağlanması zamanı ordunun maaşlarını ödəmək üçün anonim şəkildə 130 milyon dollar məbləğində ianə alıb. Lakin bu addımın hüquqi baxımdan həyata keçirilməsi mümkün olmaya bilər.
Yenicag.az bu barədə “Bloomberg”ə istinadən xəbər verir.
“23 oktyabr 2025-ci il tarixində Müharibə Nazirliyi ümumi hədiyyə qəbul səlahiyyəti çərçivəsində anonim şəkildə 130 milyon dollarlıq ianə qəbul edib”, – deyə Pentaqonun baş sözçüsü Şon Parnel cümə günü verdiyi açıqlamada bildirib.
“İanə xidmət üzvlərinin maaş və sosial təminat xərclərini qarşılamaq şərti ilə təqdim olunub”, – o qeyd edib.
Bu ianə ABŞ Prezidenti Donald Trampın hökumətin bağlanması fonunda dövlət funksiyalarına daha çox nəzarət əldə etmək üçün atdığı son addımdır. Qapanma artıq dördüncü həftəsinə çatıb. Ağ Ev federal işçilərin işdən çıxarılması və Demokratların idarə etdiyi bölgələrdə layihələrin maliyyələşdirilməsinin azaldılması istiqamətində addımlar atıb ki, bu da hüquqi mübahisələrə səbəb olub.











