!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Peskov Putinin Ermənistana səfəri ehtimalından DANIŞDI

!Reklam – Yazi

“Vladimir Putinin Ermənistana mümkün səfərindən əvvəl Rusiyanın erməni tərəfdaşlarından təminat alması vacibdir”.

Yenicag.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

Peskov bildirib ki, Putin Ermənistana getməmişdən əvvəl Ermənistan Rusiyaya onun həbs olunmayacağı barədə təminat verməlidir.

“Vladimir Putinin Ermənistana mümkün səfərindən əvvəl Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) qoşulması ilə bağlı erməni tərəfdaşlar Rusiyaya təminat verməlidir”, – Peskov deyib.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, BCM-nin orderi ilə bağlı bəzi şəxslərin, o cümlədən Putinin həbs edilib-edilməməsi barədə qərarı o vermir.

“Ermənistanın Beynəlxalq Nizamnaməyə qoşulması ilə bağlı yeni reallıq ikitərəfli münasibətlərə mənfi təsir göstərməyə bilməz.
Burada erməni tərəfdaşlarımızdan müəyyən təminatlar almaq vacibdir. Bu məsələ hələ də ikitərəfli dialoq çərçivəsində həllini tapmayıb”, Kremlin sözçüsü vurğulayıb.

Xuraman Etibarlı

www.yenicag.az

166
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv