PKK/YPG Suriyada 286 uşağı zorla silahlı dəstələrinə CƏLB EDİB – BMT-nin hesabatı
PKK/YPG terror təşkilatı Suriyada uşaqlardan silahlı məqsədlərlə istifadə etməyə davam edir.
Yenicag.az xəbər verir ki, bu barədə BMT Baş katibi Antonio Quterreşin təqdim etdiyi “Uşaqlar və Silahlı Münaqişə” adlı illik hesabatda qeyd olunub.
Anadolu Agentliyinin əldə etdiyi məlumata görə, 40 səhifəlik sənəddə Suriyada fəaliyyət göstərən müxtəlif silahlı qruplaşmaların 2023-cü il ərzində ümumilikdə 527 uşağı zorla silahlı qüvvələrinə cəlb etdiyi vurğulanır.
Bunlardan 286 uşaq birbaşa PKK/YPG və ona bağlı dəstələr tərəfindən silahlı münaqişələrdə istifadə olunmaq məqsədilə cəlb olunub. Hesabatda eyni zamanda İŞİD və digər qruplaşmaların da bu prosesdə rol aldığı bildirilir.
Sənəddə həmçinin 2024-cü ilin ilk aylarında 110 uşağın həlak olduğu və ya xəsarət aldığı, 10 uşağın zorla qaçırıldığı, 23 məktəb və xəstəxananın isə terror təşkilatları tərəfindən qeyri-qanuni fəaliyyətlər üçün istifadə olunduğu qeyd olunub.
BMT hesabatı bu halların beynəlxalq hüququn ciddi şəkildə pozulması olduğunu bildirərək, silahlı qruplaşmaların uşaqlardan hərbi məqsədlərlə istifadəsinə son qoyulması üçün beynəlxalq ictimaiyyəti tədbir görməyə çağırıb.
Göycə Göycəyev