“Polis həyatımızı qoruyur, onunla kobud rəftar bütün qaydaların pozulmasıdır”

“İyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərlərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülərə bir QHT rəhbəri olaraq mən də baxdım. Rəhbərlik etdiym təşkilatın İdarə Heyəti üzvləri ilə kiçik toplantı keçirib, videogörüntüləri diqqətlə izlədik. Ortada heç bir qaranlıq məqam yoxdur”.

Yenicag.az xəbər verir ki, bu fikirləri”Rupor”a açıqlamasında “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova bildirib.

QHT rəhbəri qeyd edib ki, vətəndaş cəmiyyəti institutu cəmiyyətin demokratik inkişafına, qanunlara, qərarlara birmənalı şəkildə əməl olunmasına, dünyavi inkişafa uyğun olaraq, qanunvericilikdə hər hansı dəyişikliklərin təsbitinə çalışan, ictimaiyyətdə yaşanan neqativ hadisələrin təkarlanmamasına, ümumiyyətlə yaşanmamasına xidmət edən missiya daşıyıcılarıdır:

“Belə olan təqdirdə Yasamalda yaşanan son olaylar bizə ağır təsir etməyə bilməz. Vətəndaş mütləq qanunlara riayət etməlidir.Polisin işi insanlardan daha əvvəl qanunları qorumaqdır. Qanunları qorumaq elə insanları qorumaqla eynidir. Ancaq öndə qanunlar gəlir, polisin funksiyası məhz qoyulan qadağalara əməl etməyənləri tələbə uyğun davranışa dəvət etməkdir”.

Yasamal olayının məhz vətəndaşın itaətsizliyi ilə baş verdiyini diqqətə çatdıran M.Əmirhüseynova vurğulayıb ki, polisin qanuni tələblərinə məhəl qoymamaq kobud pozuntudur:

“XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri açıqlamasında maraqlı məqama da toxunub. O, qeyd edib ki, ötən həftə sərt karantin rejimi saatının başlamasına bir saatdan az vaxt qaldığı ərəfədə onların evinə çörək almaq lazım olub. Buna baxmayaraq, vaxtın azlığını, marketlərdə yaşanan sıxlığı nəzərə alaraq, özünü və ətrafındakı insanları risk altına qoymasın deyə, mağazaya getmyib.

“Təki xəstəlik bizdən ötüşsün, təki dövlətimizin qərarlarını pozmayaq. Hər birimiz ölkəmizin və xalqımızın sağlamlğı naminə polisin qanunu tələblərinə əməl etməliyik. Polis bizi, həyatımızı qoruyur, onunla kobud rəftar bütün qaydaların pozulmasıdır”.