Reklam

Reklam

e46Balakəndə intihar hadisəsi baş verib

Hadisə bu gün Balakən Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Xəstəxanada müalicə alan, rayonun Katex kənd sakini, 1982-ci il təvəllüdlü Əziz Əliağa oğlu Əhmədov 3-cü mərtəbədən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Ə. Əhmədov Katex kəndində vətəndaşların mülklərini yandırmaqda təqsirli bilinərək bir neçə gün əvvəl polis tərəfindən saxlanılıb. O, polis şöbəsində kəsici alətlə özünə xəsarət yetirərək intihara cəhd edib. Lakin cəhdin qarşısı alınıb və o, xəstəxanaya yerləşdirilib.

Hazırda polis və prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparır.

Faktla bağlı Balakən Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 54
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."