Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Prezident fərman verdi - Vergi Məcəlləsi dəyişdirilir

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1648-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

Vergi Məcəlləsinin 22-1.1-ci maddəsinə uyğun olaraq əldə olunan vəsaitin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesablarına köçürülən hissəsi aşağıdakı kimi müəyyən edilir:

2019-2022-ci illər üçün – 100 faizi;

2023-cü il və növbəti illər üçün – 50 faizi.

Aşağıdakı məzmunda 1.1-9-cu bənd əlavə edilir:

“1.1-9. həmin Məcəllənin 22-1.3-cü maddəsində (birinci və üçüncü hallarda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur.”.

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1358 nömrəli Fərmanında 2.2-ci bənddə “50 faizi” sözləri “Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hissəsi” sözləri ilə əvəz edilir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.

www.yenicag.az

402
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM