Rumıniya Rusiya PUA-sı ilə bağlı hadisə barədə NATO müttəfiqləri məlumatlandırılıb - YENİLƏNİB

media-hightechnic-468x90

Rumıniya Qalaç şəhərində yaranmış vəziyyətlə bağlı NATO müttəfiqlərini və alyansın baş katibini məlumatlandırıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Məlumata görə, Buxarest pilotsuz uçuş aparatlarına qarşı mübarizə vasitələrinin Rumıniyaya ötürülməsi prosesinin sürətləndirilməsi üçün NATO-dan əlavə tədbirlər görülməsini xahiş edib.

Nazirlik bildirib ki, məsələ ilə bağlı müttəfiqlərlə məsləhətləşmələr davam etdirilir.

Qeyd olunub ki, Rusiya Federasiyası bu ciddi və məsuliyyətsiz hərəkətlərə görə birbaşa öhdəlik daşıyır.

***

Bu gün Rusiyaya məxsus pilotsuz uçuş aparatı Rumıniyanın hava məkanına daxil olaraq çoxmərtəbəli yaşayış binasına çırpılıb, iki nəfər xəsarət alıb.

Yenicag.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, gecə saatlarında Ukrayna ilə sərhəd yaxınlığındakı Qalati bələdiyyəsinin Ştireks-Mazepa ərazisindəki binanın damına PUA düşüb. Belə ki, PUA Rusiyanın mülki və infrastruktur hədəflərinə zərbələr endirdiyi Ukrayna ərazisindən sərhədi keçib.

Əməliyyat zamanı iki F-16 qırıcı təyyarəsi havaya qaldırılıb və pilotlara hədəfləri həyəcan siqnalı dövründə vurmaq səlahiyyəti verilib.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05