Prezident özünün və nazirlərin maaşını yarıya endirdi
Boliviya Prezidenti Rodriqo Pas elan edib ki, hökumətə qarşı etirazlar fonunda yaranan tədarük kəsintiləri zamanı cəmiyyətə dəstək olmaq məqsədilə özünün və nazirlərinin maaşları iki dəfə azaldılacaq.
Yenicag.az xəbər verir ki, Pas bu barədə Sukredə keçirilən tədbirdə bildirib
“Sizə bildirmək istəyirəm ki, mən və nazirlərim ölkə qarşısındakı öhdəliklərimizi rəhbər tutaraq Boliviyanın göstərdiyi səylərə aydın töhfə vermək üçün maaşlarımızı 50 % azaltmaq qərarına gəldik”, – o qeyd edib.
Pas dəqiqləşdirib ki, maaşların azaldılması daha aşağı vəzifələrdə çalışan digər dövlət qulluqçularına şamil olunmayacaq.
Dövlət başçısı həmçinin dialoqa açıq olduğunu, lakin bunun yalnız danışıqlara hazır olan tərəflərlə mümkünlüyünü bəyan edib.
Boliviyada artıq bir neçə həftədir, ölkənin müxtəlif bölgələrində yolların bağlanması ilə müşayiət olunan hökumət əleyhinə etirazlar davam edir. Hakimiyyət yaranan tədarük kəsintiləri və iğtişaşlara görə məsuliyyəti eks-prezident Evo Moralesin tərəfdarlarının üzərinə qoyur. Mayın 18-də Boliviyanın faktiki paytaxtı La-Pasda qarşıdurmalar və iğtişaşlar baş verib, hadisələr zamanı 100-ə yaxın insan saxlanılıb.













