Prezident yalan danışan müdafiə nazirini istefaya göndərdi
Litva Prezidenti Gitanas Nauseda milli müdafiə naziri Dovile Şakaleneyi istefaya göndərib.
Yenicag.az bu barədə Litva mediasına istinadən xəbər verir.
Milli müdafiə nazirinin səlahiyyətlərini müvəqqəti olaraq daxili işlər naziri Vladislav Kondratoviç icra edəcək.
Fərman 23 oktyabr tarixində qüvvəyə minəcək.
Bundan əvvəl Litvanın Baş naziri İnqa Ruqinenə prezident Gitanas Nauseda ilə görüşüb və milli müdafiə nazirinin vəzifədən azad edilməsi barədə müraciət təqdim edəcəyini bildirib. O, bunu Şakalenenin yalan danışması və nazirlik əməkdaşlarının şikayətləri ilə əsaslandırıb.