Prezident: “Yararsız və şərəfsiz siyasətçilər…”

media-hightechnic-468x90

huk“Şərəfsiz siyasətçilər slavyan xalqlarının birliyinə zərbə vurdular, slavyan xalqları arasında sərhəd yaratdılar”.

Bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko Kiyev-Moskva xəttində baş verənləri şərh edərkən deyib.

“Bu gün xalqlar arasında heç bir müharibə yoxdur. Ukrayna xalqı beloruslarla, ruslarla və başqaları ilə vuruşmur. Yararsız, şərəfsiz siyasətçilər var və onlar slavyan xalqlarının bu birliyini qiymətləndirmədilər. Rəqiblərimiz və düşmənlərimiz aramıza girdilər”, – Belarus prezidenti vurğulayıb.

Qeyd edək ki, Ukrayna hakimiyyəti Krımın zəbt edilməsi və ölkənin şərqindəki terrorçuların silahlandırılmasına görə Rusiyanı ittiham edir. Rəsmi Kiyev Krım azad olunmadan Moskva ilə normal münasibətlər yaratmağın mümkünsüz olduğunu bildirir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600