Prezident yaşayış minimumu haqqında qanunu imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında Qanunu imzalayıb.

Yenicag.az xəbər verir ki, sənədə əsasən, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilib. Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, 2017-ci ildə yaşayış minimumu 155 manat təşkil edib.