Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar

media-hightechnic-468x90

Nazirlər Kabineti “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Yenicag.az xəbər verir ki, qərara əsasən, “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının (Xidmətin rəhbərliyinə aid olan hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” və “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiq olunub.

Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600