!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Professor Hikmət İbrahimov vəfat etdi - FOTO

!Reklam – Yazi

Kimya elminin inkişafında mühüm xidmətləri olan tanınmış alim, Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri, professor Hikmət İbrahimov vəfat edib.

Yenicag.az xəbər verir ki, o, avqustun 23-də 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Hikmət Camal oğlu İbrahimov 1951-ci ildə Naxçıvan şəhərində anadan olub.

1968-ci ildə C.Məmmədquluzadə adına 2 saylı Naxçıvan şəhər orta məktəbi gümüş medalla bitirib, həmin il Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olub.

1979-cu ildə dissertasiya işini müdafiə etmiş və kimya elmləri namizədi elmi dərəcəsini alıb.

2010-cu ildə H.İbrahimov “Pirolizin maye məhsullarının yeni kompleks emalı sxeminin işlənməsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsini alıb, 2019-cu ildə “Neft kimyası” ixtisası üzrə professor elmi adına layiq görülüb.

O, xaricdə və ölkə daxilində 335 elmi əsərin, o cümlədən, 25 müəlliflik şəhadətnaməsi və patentin, üç dərsliyin həmmüəllifi idi. Alimin 90-dan çox elmi məqaləsi Rusiyanın və dünyanın bir sıra aparıcı jurnallarında dərc edilib.

Onun nanohissəciklərin alınmasına və tətbiq sahələrinin araşdırılmasına həsr edilmiş həmmüəlif məqalələri İngiltərə, Almaniya, ABŞ və digər ölkələrin yüksək reytinqli jurnallarında nəşr olunub.

Hikmət İbrahimov 2011-2021-ci illərdə AMEA Neft-Kimya Prosesləri İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb.

COP29

www.yenicag.az

420
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv