Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Professordan maska XƏBƏRDARLIĞI - Göbələk yarada bilər

Üst-üstə taxılan maskalar ağız göbələyi və ağızda quruluq yaradır.

Yenicag.az xəbər verir ki, bu barədə professor İhsan Hubbezoğlu məlunat verib.

O, bildirib ki, koronavirus pandemiyası səbəbilə taxılan maskalar ağız və diş sağlamlığına mənfi təsir edir:

“Keyfiyyətli maskalar alın. Maska istifadəsinin ağız və diş sağlamlığına birbaşa təsiri yoxdur. Düzgün formada istifadə edildiyi halda heç bir zərəri yoxdur. Ancaq biz xəstələrimizdən gördük ki, üst-üstə taxılan maskalar ağız və ağız ətrafında göbələk növləri meydana gətirir. Bu baxımdan tibbi maska ilə kifayətlənməyə çalışın. Taxılan maskalar da Səhiyyə Nazirliyi tərəfindən dəstəklənməlidir. Eyni maskanın uzun müddət ağızda qalması bakteriyalara yol açır.

Burnumuz axdıqda və ya asqırdıqda maska islanır. Beləliklə onun qoruyuculuğu pozulur, özəlliyini itirir. Kirli maskalar isə ağız yaralarına səbəb olur. Maskanın diş çürüməsinə təsiri yoxdur, ancaq karantin müddətində evdən çıxa bilməyən vətəndaşlar daha çox yeməyə başladı. Qeyri-sağlam qidalanma nəticəsində diş çürükləri artmağa davam edir”.

Loading...

www.yenicag.az

143