“Mediacare” klinikasında baş verən ölümlə bağlı araşdırma başlanılıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 21 dekabr 2023-cü il tarixdə 1971-ci il təvəllüdlü Lətafət Məmmədovanın “Mediacare” klinikasında ölməsi ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcəkdir.
***
16:28
Sabunçu rayonunda yerləşən “Medicare” klinikasında ölüm hadisəsi qeydə alınıb.
Yenicag.az xəbər verir ki, bir neçə gün əvvəl həmin klinikada 53 yaşlı qadın pasiyent plastik əməliyyat zamanı vəfat edib.
Bu hadisədən sonra Səhiyyə Nazirliyi “Medicare” klinikasında yoxlamalara başlayıb və klinikanın fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, “Medicare” klinikasının direktoru Azər Məhərrəmovdur./unikal
www.yenicag.az