“Putin müharibəni dayandırmamaq üçün səfərbərliyə çağırılanları qırğına verməyə...” – Estoniyanın kəşfiyyat rəisi

media-hightechnic-468x90

“Biz onun öz ölkəsini və ordusunu uzunmüddətli müharibəyə hazırladığını müşahidə edirik”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri Estoniya kəşfiyyat xidmətinin rəisi Mikk Marran Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün davamlılıq müddətini dəyərləndirərkən deyib.

Marrann sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin özünü “dini missiya”nın icraçısı kimi aparır:

“Rusiya Prezidenti bu müharibəni dini pərdə altında aparır və üzləşdiyi uğursuzluqlar səbəbindən yəqin ki bu taktikasını dəyişməyəcək.

Biz onun öz ölkəsini və ordusunu uzunmüddətli müharibəyə hazırladığını müşahidə edirik.

Başqa sözlə, ordusunun hər hansı strateji uğurunun olmamasına rəğmən, Rusiya diktatoru müharibəni dayandırmaq barədə düşünmür.

Putin müharibəni dayandırmamaq üçün səfərbərliyə çağırılanları qırğına verməyə hazırdır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600