Putin özü barədə danışdı

media-hightechnic-468x90

77400Rusiya prezidenti Vladimir Putin öz çatışmayan cəhəti haqqında danışıb.

Putin müsahibəsində psixoloqun onun xasiyyətnaməsində təhlükəni əvvəlcədən hissetmə səviyyəsinin aşağı olduğu barədə qeydini xatırladıb.

“Bəli psixoloq mənim xasiyyətnaməmdə məhz bu cür yazıb. Yəqin ki, bunu da yaxşı cəhət adlandırmaq olmaz. Bütün mümkün nəticələri götür-qoy eləməyi bacarmaq və qərar qəbul edərkən xoşagəlməz hadisələrin yaşanmaması üçün istənilən inkişaf variantlarını nəzərə almaq lazımdır”.

Hökumət başçısı qeyd edib ki, düşünülməmiş hərəkətlərə yol vermək olmaz.

Putin hesab edir ki, o, prezident postunda səhv buraxmayıb.

“Mənim müəyyən olunmuş üslubum uzun illər ərzində alınıb. Heç vaxt nəticəsini görmədiyim volyuntarist qərarlar qəbul etmirəm. Əgər bu baş vermirsə bir qədər gözləməyə çalışıram. Bu yoldakı kimidir: əmin deyilsənsə keçmə”, deyə Putin deyib.

(anspress.com)

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa