!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin: “Rusiya Dağlıq Qarabağ üzrə imzalanan razılaşmada vasitəçidir”

!Reklam – Yazi

9 noyabrda Dağlıq Qarabağda atəşkəsə dair birgə bəyanatın mətninin hazırlanması onu imzalayan hər üç ölkənin – Rusiya, Azərbaycan və Ermənistanın liderləri tərəfindən həyata keçirilib.

Yenicag.az-ın məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin “Rossiya-1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramı üçün verdiyi müsahibəsində deyib.

V.Putin bildirib: “Mətnin özünə gəlincə, bunu üçümüz hazırladıq – təbii ki, mən, [Azərbaycan Prezidenti İlham] Əliyev və [Ermənistan] Baş naziri Nikol Paşinyan”. Rusiya prezidenti qeyd edib ki, başqa cür mümkün deyildi.

Onun sözlərin görə, əslində bunlar iki tərəf – Azərbaycan və Ermənistan arasında imzalanan müqavilələr idi və Rusiya yalnız vasitəçi rolunu yerinə yetirdi və bu sənəddə tərəflərin dinc şəkildə ayırmasını həyata keçirmək öhdəliklərini öz üzərinə götürdü:

“Və bunu biz hazırda edirik. Bu səbəbdən [birgə bəyanatın] müəllifləri şübhəsiz ki, üç tərəfdir”.

www.yenicag.az

442
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv