Putin Trampı təbrik etdi

media-hightechnic-468x90

Rusiya Prezidenti Vladimir Putin Donald Trampı ABŞ Prezidenti vəzifəsinə başlaması münasibətilə təbrik edib.

media-banner_tuq

Yenicag.az TASS-a istinadən xəbər verir ki, Putin bu barədə Təhlükəsizlik Şurasının iclasında bildirib.

Putin Trampın və onun komandasına daxil olan şəxslərin bəyanatlarından onların Rusiya ilə birbaşa əlaqələrin bərpa olunması arzusunu gördüklərini deyib.

“Həmçinin, Trampın üçüncü dünya müharibəsinin başlanmasına imkan verməmək üçün hər şeyi etməyə hazır olması barədə bəyanatını eşitdik. Sözsüz ki, biz bu mövqeni alqışlayırıq”, – deyə o vurğulayıb.

Putin onu da əlavə edib ki, ABŞ və Rusiya arasında dialoq iki ölkənin mühüm rolu nəzərə alınaraq, bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında qurulmalıdır.

Qeyd edək ki, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın bu gün andiçmə mərasimi keçiriləcək./Qafqazinfo/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05