Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, tərəflər Hələbdəki vəziyyəti müzakirə ediblər.
“Anadolu” agentliyinin məlumatına görə, tərəflər Hələbdə dinc sakinlərin və müxalifət qüvvələrinin təhlükəsiz dəhlizlər vasitəsilə təxliyə olunması prosesinin tezliklə başlaması üçün birgə səy göstərməyə qərara alıblar.
Yenicag.az
www.yenicag.az