Qadınları hiddətləndirən REKLAM ÇARXI: Şirkət üzr istədi - VİDEO

media-hightechnic-468x90

Çin də fəaliyyət göstərən “Purcotton” adlı şirkət tərəfindən hazırlanan reklam çarxı böyük əks-səda doğurub.

Yenicag.az xəbər verir ki, gecə küçədə gəzən qadını təqib edən oğlanın əks olunduğu reklam çarxında qız çantasından çıxardığı salfet ilə makiyajını silir.

Maraqlısı isə budur ki, qız üzünü sildikdən sonra onu təqib edən şəxs tərəfə çevrildikdə aydın olur ki, sən demə, qız, əslində, “oğlan” imiş.

Gündəm yaradan reklam çarxı sosial şəbəkə istifadəçiləri tərəfindən qadınlara qarşı təhqir olaraq qəbul edilib və şirkət kəskin tənqidlərə məruz qalıb.

Tənqidlərə davam gətirməyən şirkət rəhbərliyi qadınlardan üzr istəmək məcburiyyətində qalıb və çarxın nümayişi dayandırılıb.

https://www.youtube.com/watch?v=YJOEHBtK1io

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600