!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qadınları yeyən qatilin evindən 4 min 300 sümük qalıntısı tapıldı - FOTO

!Reklam – Yazi

2021-ci ilin mayın 15-də həbs edilən 72 yaşlı seriyalı qatilin evindən 4 min 300-dən çox sümük qalıntısı tapılıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Meksikanın “tanınmış” seriyalı qatili Andresin qətlləri ilə bağlı araşdırmalar davam edir.

Son olaraq qatilin evində aparılan araşdırmalar nəticəsində 19 qurbana aid olduğu təxmin edilən 4 min 300-dan çox sümük qalıntısı aşkarlanıb.

Əyalət prokurorluğunun açıqlamasına görə, sümük qalıntılarının əksəriyyətinin qadınlara, birinin isə uşağa aid olduğu təxmin edilir.

Prokurorluqdan araşdırmaların davam etdiyi bildirilir.

Qeyd edək ki, 72 yaşlı Andres mayın 15-də 34 yaşlı Reyna Qonzalesin itkin düşməsində şübhəli bilinərək saxlanılmış, daha sonra 20 il ərzində çox sayda qadını öldürüb onların cəsədini yediyini etiraf etmişdi.

www.yenicag.az

640
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv