"Qalatasaray"dan inanılmaz QƏRAR - Əfsanəsiylə yollarını ayırır

media-hightechnic-468x90

Türkiyənin “Qalatasaray” futbol komandası artıq klubun əfsanəsinə çecrilmiş Fernando Muslera ilə yollarını ayırmaq qərarına gəlib.

media-banner_tuq

Digər əcnəbi qapıçını sıralarına cəlb etmək niyyətində olan “sarı-qırmızılılar” legioner limiti tələbindən irəli gələrək uruqvaylı əfasənylə müqaviləyə qarşılıqlı razılaşma yolu ilə xitam verəcək.

Belə bir qərarın verilməsinə səbəb kimi son zamanlar Musleranın ard-arda uzum müddət zədə səbəbindən komandaya kömək edə bilməməsi göstərilir.

Ehtimal olunur ki, Muslera mövsümün sonunadək “Qalatasaray”da qalacaq.

Xatırladaq ki, Fernando Muslera 2011-ci ildə İtaliyanın “Latsio” klubundan “Qalatasaray”a transfer edilib. Ümumilikdə “sarı-qırmızılılar”ın heyətində 14 dəfə müxtəlif yarışlarda, ö cümlədən 5 dəfə Türkiyə çempionatının, 4 dəfə Türkiyə kubokunun, 2 dəfə Türkiyə super kubokunun qalibi olub. Bu “Qalatasaray” legionerləri arasında ən yüksək nəticədir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05