Qalibaf: ABŞ “mühasirəni” dayandırmasa, Hörmüz boğazında hərəkət məhdudlaşdırılacaq

media-hightechnic-468x90

İran parlamentinin spikeri və ABŞ-la danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf ABŞ-ın “mühasirə” siyasətini davam etdirəcəyi təqdirdə Hörmüz boğazında gəmi hərəkətinin məhdudlaşdırılacağını bəyan edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, APA-nın Tehran bürosunun məlumatına görə, Qalibaf İran dövlət televiziyasına müsahibəsində ölkəsinin Hörmüz boğazına tam nəzarət etdiyini bildirib.

Onun sözlərinə görə, İslamabadda keçirilən danışıqlar zamanı ABŞ-a məxsus minaaxtaran gəminin hərəkətinə qarşı çıxılıb və İran tərəfinin atəş açmaq barədə xəbərdarlığından sonra Amerika tərəfi geri çəkilməyə məcbur olub.

Qalibaf ABŞ-ın İranı “mühasirəyə almaq” qərarını yanlış addım kimi qiymətləndirərək qeyd edib ki, bu siyasət dayandırılmasa, Hörmüz boğazında hərəkətə məhdudiyyət tətbiq olunacaq.

“Başqalarının Hörmüz boğazından keçməsi, lakin bizim keçə bilməməyimiz mümkün deyil”, – deyə o vurğulayıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05