Qanunsuz fəaliyyət göstərən pendir sexi bağlandı - FOTOLAR

media-hightechnic-468x90

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi rayonu, Pərioğullar kəndində fəaliyyət göstərən pendir sexində yoxlama keçirib.

media-banner_tkm

AQTA-dan Yenicag.az-a verilən məlumata görə, istehsal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən və müvafiq dövlət reyestrindən çıxarışı olmadan fəaliyyət göstərdiyi, həmçinin qida məhsullarının emalı prosesində ciddi uyğunsuzluqlar aşkarlanıb.

Saçaq pendirinin hazırlanmasında istifadə olunan suyun filtrdən keçirilmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, avadanlıqların təmizlənmədiyi və digər tələblərin pozulduğu müəyyən edilib.

Sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05