Belçikanın paytaxtı Brüsseldə “Qara Dəniz Regionunda Sülh və Təhlükəsizlik üçün Qadınların Birgə Təşəbbüsləri” adlı beynəlxalq konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Qadın İslahatçıları və İnnovasiyalar” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.
Konfransda bölgədə qadınların sülh və təhlükəsizliyin təmin olunmasında oynadıqları mühüm rol və bu istiqamətdə aparılan işlər müzakirə edilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının lBelçikada, Lüksenburq Krallığında və Avropa İttifaqı yanında Nümayəndəliyinin müşaviri Tünzalə xanım Aydəmirova konfrans iştirakçılarına Azərbaycanda gender bərabərliyi, qadınların ictimai, siyasi həyatda aktivliyindən müəyyən nümunələr təqdim edərək, qadınlarımızın Ermənistanın işğalı nəticəsində qadınlarımızın ciddi zərər görməsindən də söz açıb. Diplomat xanım buna baxmayaraq, bu gün 30 ildən sonra azad olmuş ərazilərdə yeni dövrün başçalndığını və xanımlarımızın istər mina təmizlənməsində, istər sərhəddəki yeni şəraitə uyğunlaşmasın vurğulayıb. Ukraynalı ekspert Sofii Şevçuk bu gün Ukrayna ərazisində gedən müharibənin açı nəticələrindən danışaraq, dünyanın bu haqsızlığa reaksiya verməsinə rəğmən hələdə problemin aktiv qalmasından bəhs edib.
Tədbir zaman Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin rəhbəri, konfransda Azərbaycanı təmsil edən beynəlxalq səviyyəli ekspert Şəhla İsmayıl 44 günlük İkinci Qarabağ müharibəsi zamanı qadınların və uşaqların daha çox zərər görmələrindən danışıb və anım günü ərəfəsində dünyasını dəyişmiş bütün şəhidlərimizə allahdan rəhməıt diləyib. Şəhla İsmayıl bu günlərdə Azərbaycanda keçiriləcək COP 29 BMT-nin İqlim Dəyişikliyi Konfransının əhəmiyyətindən, təşkilat komitəsində qadın iştirakçılığının yetərli səviyyədə təmsilçiliyini də qeyd edib.
Qara dəniz regionu ölkələrinin nümayəndələri, beynəlxalq ekspertlər , BMT-nin Brüsseldəki əlaqə offisinin nümayəndəliyinin rəhbəri xanım Florence Roes və NATO-nun təhlükəsizlik və müdafiə platformasının rəhbəri Elena Marzak , Sarbone Universitetnin araşdırmaçısı Saida Ounissi, yerli QHT-lərin təmsilçiləri iştirak edərək, sülhə nail olmaq üçün qadın liderliyinin əhəmiyyətindən bəhs ediblər. Tədbirin sonunda çıxış edən Vüsalə Hüseynli bildirib ki, Qara Dəniz Ərazisində bu gün müxtəlif konflikli problemlər var: “ Azərbaycan öz ərazi bütövlüyünü 30 ildən sonra təmin etsədə hələdə sülhün nail olmasına, sülh müqaviləsinin bağlanmasına süni maneələr yaradanlar mövcuddur. Ukraynada hələdə müharibə gedir. Gürcüstanın ərazisi hələdə işğalda qalır. Biz bu konfrans çərçivəsində beynəlxalq təşkilatların rəhbərlərinə, dövlət başçılarına müraciət qəbul etdik. Müraciətə əsasən artıq qadınlar bölgəyə sülhün gəlməsini istəyir. Öz evlərindən çıxarılmış Qərbi Azərbaycanlılar da öz evlərinə qayıtmaq istəyir.İnanırıq ki, bu müraciətə qoşulan region qadınlarının səsi beynəlxalq təşkilatlar tərəfindən eşidiləcək və bölgəyə sülh və əminamanlıq gələcək ”.
Tədbirin məqsədi regionda sülh və təhlükəsizliyin təşviqində qadınların rolunu gücləndirmək və onların birgə əməkdaşlıq imkanlarını genişləndirmək olub. Konfrans zamanı sülh təşəbbüsləri, regional təhlükəsizlik məsələləri və gender bərabərliyi mövzularında panel müzakirələri təşkil edilib.
Qara dəniz regionunda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasında qadınların rolu xüsusi vurğulanaraq, bu təşəbbüslərin gələcəkdə daha geniş miqyasda tətbiq edilməsinin vacibliyi qeyd olunub.
www.yenicag.az