Yaşa görə pensiya alanlara müjdə

media-hightechnic-468x90

Azərbaycan sosial dövlətdir, daxili siyasətdə sosial məsələlər hər zaman prioritetdir və sosial məsələlər həmişə Prezidentin diqqət mərkəzində olub.

media-banner_tuq

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsində Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, 2019-cu ildən başlayaraq 5 dərin sosial islahatlar zərfi qəbul edilib:

“Bu paketlər hər il 4 milyon vətəndaşın sosial durumunun yaxşılaşmasına xidmət edir. Ölkəmizin 2025-ci ildə əldə etdiyi iqtisadi uğurlar 2026-cı il büdcəsində sosial xərclərin artımına səbəb olub. DSMF-nin 2026-cı il üçün gəlirləri cari illə müqayisədə 9,3% çoxdur. Gələn il DSMF-nin xərcləri cari illə müqayisədə 10,5% çox olacaq. 2019-cu ildən əmək pensiyasının minimum məbləği ölkə üzrə yaşayış minimumunu üstələyib. Bu meyil gələn il də davam edəcək. Əmək pensiyalarının orta aylıq məbləği 2026-ci ildə 590 manat olacaq. Yaşa görə pensiyanın orta aylıq məbləğinin 629 manata yüksəlməsi proqnozlaşdırılır”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05