Mirzoyan Azərbaycan və Ermənistan xalqlarının əlaqələrindən danışdı

media-hightechnic-468x90

“Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması üçün əsas prinsiplər artıq razılaşdırılıb, lakin hələ də əlavə iş tələb edən bir sıra məsələlər var. Onların arasında cəmiyyətlərin bir-biri ilə qarşılıqlı inamın və əlaqələrin bərpası da var”.

Yenicag.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Barışığın zəruriliyi göz qabağındadır, lakin anlamaq lazımdır ki, cəmiyyətlər arasında tam barışıq olmamasının da psixoloji səbəbləri var. Müharibələrin buraxdığı dərin sarsıntılar və ağrılı xatirələr hələ də aradan qaldırılmayıb və bunun üçün vaxt lazımdır”, – Mirzoyan qeyd edib və əlavə edib ki, vətəndaş cəmiyyətləri arasında əlaqələri gücləndirmək üçün cəhdlər edilir.

Onun sözlərinə görə, hazırda Azərbaycanla sülh prosesində razılaşdırılmış prinsiplər mövcuddur və sosial barışığa töhfə verməklə mövcud problemlərin həlli istiqamətində işlər davam etdirilməlidir.

Mirzoyan həmçinin vurğulayıb ki, Türkiyə ilə vəziyyət xeyli fərqlidir: sərhədlərin uzun illər bağlı olmasına baxmayaraq, iki ölkə vətəndaşları ticarət, səyahət və uçuşlar vasitəsilə müəyyən əlaqə saxlayıblar.

“Bizim Türkiyə ilə əsas problemimiz heç vaxt ticarət və ya təmas olmayıb, daha çox bağlı sərhədlər və diplomatik əlaqələrin olmamasıdır”.

Nazirin sözlərinə görə, hazırda Türkiyə ilə kifayət qədər intensiv və substantiv siyasi dialoq qurulub və bu, münasibətlərin gələcək inkişafı üçün əsas ola bilər. /unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa