Əməkdar artist OD PÜSKÜRDÜ: "Sizin əlinizdəki puldan ÜRƏYİM BULANIR”

media-hightechnic-468x90

“Çıxıb əlinizdə o pulları göstərməyin, ayıbdır. Utanmırsınız? Mən o pulları çamadanla qazanmışam”.

Yenicag.az xəbər verir ki, Azərbaycanın və Dağıstanın əməkdar artisti, müğənni Bəsdi Bəkirova “Öz aramızda” verilişində toylarda pul qazanmaları ilə öyünən həmkarlarına od püskürüb.

Uzun müddət idi ki, efirlərdə görünməyən sənətçi sərt danışıb:

“Ən yüksək təbəqədən olan insanların toyunu oxumuşam. Dağıstanın padşahının qızının toyunu oxumuşam. Məni xüsusi dəvət etmişdi. Amma mən bu barədə danışmamışam. Amma indikilər əllərində pullar göstərirlər. Mənim ürəyim bulanır onları görəndə. Onu gizlətmək lazımdır, utanmırsınız, ayıbdır. Adamın əti tökülür. Kənardan qeyri-etik görsənir. Axı çoxlarının o pula ehtiyacı var. And olsun Allaha, bizə o pulları çamadanla veriblər. Amma göstərməmişəm. Yığışdırın o şeyləri. Bir xalq artisti var idi, məndən xahiş etdi ki, elə bahalı toyların birinə onu da salım. Sonra mən onun səs yazısını məclis sahibinə dinlətdim. Amma bəyənmədi, dedi, ‘bu səs deyil’”.

Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa