2026-cı İl SOSİAL BÜDCƏSİ: Əmək pensiyalarına ayrılan vəsaitin artımı TƏSDİQLƏNƏCƏK

media-hightechnic-468x90

 

Növbəti ildə əhaliyə ödənişlər 8 196 450 000 manat həcmində və ya Dövlət Sosial Müdafiə Fondunun ümumi xərclərinin 96,62 faizi səviyyəsində proqnozlaşdırılır.

Yenicag.az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrin bugünkü birgə iclasında müzakirə olunan “Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, növbəti ildə əhaliyə ödənişlər üzrə proqnozlaşdırılmış məbləğin 7992,88 mln. manatı əmək pensiyalarının, 203,57 mln. manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin ödənilməsinə yönəldiləcək.

Əhaliyə ödənişlərin 2026-cı il üçün nəzərdə tutulmuş proqnozu 2025-ci ilin təsdiqlənmiş proqnozuna nisbətən 787,51 mln. manat və ya 10,63 faiz çoxdur.

2026-cı il üzrə əmək pensiyalarının ödənilməsi xərcləri əhaliyə ödənişlərin 97,52 faizini təşkil edir.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa