“Qarabağ” – “Arsenal” oyununa neçə bilet satılıb?

Avropa Liqasında “Qarabağ” və İngiltərənin “Arsenal” komandaları arasında keçiriləcək II tur matçına 55 min bilet satılıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Qarabağ” klubunun rəsmi “Facebook” səhifəsində məlumat verilib.

Matçın biletləri sentyabrın 20-dən satışa çıxarılıb.

Qeyd edək ki, “Qarabağ” – ”Arsenal” oyunu oktyabrın 4-ü saat 20:55-də keçiriləcək. Bakı Olimpiya Stadionunda keçiriləcək oyunun biletlərinin qiymətləri 2 manat, 5 manat, 15 manat, 20 manat və 50 manatdır. Onları Qarabağ FK Fan-şop (“Park Bulvar”), İticket kassaları, Sumqayıt şəhəri (“ASAN Xidmət”), “28 Mall” və “Gənclik Mall”dan almaq mümkündür.