Azərbaycan klubunun rəsmiləri 4 oyunluq diskvalifikasiya olundu

media-hightechnic-468x90

Hakimləri təhqir edən Azərbaycanın II Liqa təmsilçisi “Şəmkir”in rəsmiləri 4 oyunluq diskvalifikasiya olunub.

Yenicga.az-ın məlumatına görə bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

XIII turun “Quba” ilə oyunu bitdikdən sonra hakimləri təhqir edən “Şəmkir”in meneceri Taleh Əliyev və digər rəsmisi Elçin Qurbanov 4 oyunluq cəzalanıblar. Bununla yanaşı hər iki şəxsin hərəkətinə görə klub 1000 manat cərimələnib.

Həmçinin “Şəmkir”, 5 oyunçusunun sarı vərəqə almasına görə 70, azarkeşləri tərəfindən hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə, 600 manat ziayan düşüb.

Bölgə klubunun futbolçusu Fərid İslamzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb. Onun hərəkətinə görə bölgə klubu 50 manat cərimələnib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa