“Qarabağ” – “Marsel” oyununun biletləri nə zaman satışa çıxarılacaq?

media-hightechnic-468x90

UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ” və Fransanın “Marsel” klubları arasında keçiriləcək cavab oyununun biletləri fevralın 13-də satışa çıxarılacaq.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytında deyilib.

Məlumata əsasən, saat 11:00-dan kassalarda olacaq biletlərin qiyməti müvafiq olaraq 5, 15, 40, 75 və 100 manat təşkil edir.

Biletləri Respublika stadionun kassalarından saat 11:00-dan 21:00-dək, “Park Bulvar”dakı “Qarabağ” FK-nın Fan-Şopundan saat 11:00-dan 20:00-dək, “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərindən saat 10:00-dan 22:00-dək almaq olar.

Eyni zamanda “Iticket.az”ın satış məntəqələrində və “iticket.az”da onlayn satış təşkil olunacaq.

Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş buraxılacaq.

Qeyd edək ki, görüş saat 21:45-də başlanacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05