Qarabağ müharibəsi veteranı özünü yandırdı

media-hightechnic-468x90

uuuuuuuuuuuuuuuuuBakıda Qarabağ müharibəsi veteranı özünü yandırıb.

Bu barədə Xəzər Rayon Prokurorluğundan xəbər veriblər. Əldə olunmuş məlumata görə, intihar hadisəsi iyulun 20-də Buzovna qəsəbəsində, Telman küçəsi-24-də baş verib.

Paytaxt sakini, 1971-ci il təvəllüdlü Nuriyev Coşqun Eyvaz oğlu qohumlarının qarşısında üzərinə benzin tökərək özünü yandırıb. Qohumları alovu söndürsələr də, Nuriyevin həyatını xilas etmək mümkün olmayıb. O, aldığı yanıq xəsarətlərindən 8 saat sonra dünyasını dəyişib.

“İlkin araşdırma zamanı məlum olub ki, Nuriyev subay imiş, heç yerdə işləməyib və qohumlarının evində qalırmış. O özünü elə həmin evin önündə yandırıb. Nuriyev Qarabağ müharibəsində iştirak edib və güman olunur ki, müharibə kişinin psixoloji vəziyyətində dərin iz buraxıb”, – deyə, prokurorluqdan bildiriblər.

Faktla bağlı araşdırma davam edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa