!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ" "Şamaxı"nı 8 cavabsız qolla məğlub etdi - VİDEO

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

Yenicag.az-ın məlumatına görə, çempionatın lideri “Qarabağ” “Şamaxı” klubunu qəbul edib. “Azersun Arena”dakı qarşılaşma “köhlən atlar”ın 8:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, hələlik cari mövsümün ən böyük hesablı qalibiyyəti olub.

Meydan sahibləri görüşə erkən qolla başlayıb. İbrahima Vadji 8-ci dəqiqədə adını tabloya yazdırıb. Seneqallı hücumçu cəmi 8 dəqiqə sonra dubl edib. Ardınca Filip Ozobiç səhnəyə çıxıb. 20 və 21-ci dəqiqələrdə fərqlənən xorvatiyalı yarımmüdafiəçi fərqi artırıb. Ozobiç qollarının sayını 10-a çatdırıraq bombardirlik yarışında “Zirə”nin gürcüstanlı hücumçusu Davit Volkova çatıb. 30-cu dəqiqədə Vadji het-trikini rəsmiləşdirib. 38-ci dəqiqədə Marko Veşoviç 6-cı topu qonaqların qapısından keçirib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Kadi Borges Ağdam klubunun 7-ci qoluna imza atıb. Oyunda son nöqtəni isə Musa Qurbanlı qoyub. İkinci yarıda meydana daxil olan 20 yaşlı forvard 49-cu dəqiqədə yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 55-ə çatdıran “Qarabağ” liderliyini möhkəmləndirib. 20 xalı olan “Şamaxı” isə 6-cı sırada qərarlaşıb.

Qeyd edək ki, günün ilk oyununda “Qəbələ” evdə “Sumqayıt”la heç-heçə edib. Tura aprelin 16-da keçiriləcək “Zirə” – “Səbail” və “Neftçi” – “Sabah” matçları ilə yekun vurulacaq.

www.yenicag.az

1000
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv