“Qarabağ” “Tvente”yə, “Neftçi” “Partizan”a rəqib oldu
Bu gün Avropa Liqasında “pley-off” mərhələsinin püşkü atılır.
İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayıb.
Bu mərhələdə ölkəmizi iki komanda – “Qarabağ” və “Neftçi” klubları təmsil edirlər. Hər iki klubumuz səpələnməmişlər səbətində yer alıb ki, bu da təmsilçilərimizi güclü rəqiblə üz-üzə qoyacaq.
Artıq “Qarabağ”ın 3-cü, “Neftçi”nin isə 5-ci səbətdə yer alması müəyyənləşib. Bununla da komandalarımızın beş potensial rəqibi bəlli olub.
“Qarabağ” (Azərbaycan) – “Tvente” (Hollandiya)
“Neftçi” (Azərbaycan) – “Partizan” (Serbiya)
Xatırladaq ki, Çempionlar Liqasında Avstriyanın “Zalsburq” klubuna məğlub olaraq mübarizəni dayandıran “Qarabağ” tarixi ərzində 4-cü dəfə Avroliqanın “pley-off” mərhələsində oynayacaq. III təsnifat mərhələsində Gürcüstanın “Çixura” klubunu mübarizədən kənarlaşdıran “Neftçi” klubu isə ikinci dəfə Avroliqanın həlledici mərhələsində oynamaq hüququ qazanıb.
Qeyd edək ki, “pley-off” mərhələsinin oyunları 21-28 avqust tarixlərində keçiriləcək.