Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qarabağda sülhməramlıların MÖVQEYİ: "Ermənistan Rusiyadan hansı sifarişi alır, onu da səsləndirir" - Zərdüşt Əlizadə

Reklam: High Technic

“Ermənistan müstəqil dövlət deyil, Rusiyadan hansı sifarişi alır, onu da səsləndirir”.

Bunu Ermənistan Təhlükəsizlik Şurasının Baş katibi Armen Qriqoryanın rusiyalı sülhməramlı kontingentinin 2030-cu ilə qədər Qarabağda qalacağı iddiasına və Azərbaycanla delimitasiya və demarkasiyaya hazır olduqlarını, ancaq bu istiqamətdə irəliləyişin olmadığını deməsinə münasibət bildirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, Armen Qriqoryana Rusiyadan necə göstəriş verilib, elə də deyib:

“Ermənistan azad deyil. Ermənistana Moskvadan nə deyirlər, onunla da oturub-dururlar. Rusiyanın qoşunlarını Qarabağda saxlamaq istəyi heç kimə sirr deyil. Biz də bilirdik ki, Rusiya bunu istəyir, bunun üçün çalışır və şərait yaradır. Rusiya əlindən gələni edir ki, Qarabağda ermənilərlə azərbaycanlı əhali bir-biri ilə görüşməsin, danışmasın, mümkün qədər erməniləri təcrid olunmuş vəziyyətdə saxlayırlar. Ermənistandan Qarabağ ermənilərini gətirib Qarabağda yerləşdirirlər və hər vəchlə mane olurlar ki, ermənilər çıxıb getməsin. Düşünürəm ki, ermənilər çıxıb gedəcəklər. Onların Qarabağda gələcəkləri yoxdur. Bunu da Rusiyadan asılı olan və sifarişlərini yerinə yetirən erməni siyasətçilər, o cümlədən, Armen Qriqoryan bildirir.

Biz buna fikir verməməliyik. Özümüz üçün nəticə çıxarmalıyıq. Gerçəklik onlara məcbur edəcək ki, Azərbaycan tərəfinin təkliflərini qəbul etsinlər. Həm delimitasiya və demarkasiyaya məsələsini başlatsınlar, həm də kommunikasiya yollarını açsınlar. Bunlar həm də Ermənistanın gələcəyi üçün vacib məsələdir. Ermənistanın iqtisadiyyatının işə düşməsi də əhalinin yaşaması üçün vacib məsələdir. Erməni tərəfi bundan boyun qaçırır, ancaq onların limit ehtiyatı böyük deyil. Birazdan onlar məcbur olub geri çəkiləcəklər”.

Səxavət Məmməd

www.yenicag.az

240
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100