Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Qarabağda zalım işğal davam edir” - Ərdoğanın baş məsləhətçisi

Reklam: Sinerji Pro

Ankarada “2018 Hərəkatı” tərəfindən Azərbaycan Demokratik Cumhuriyyətinin və Milli Ordusunun 100-cü ildönümünə ərmagan olaraq nəşr edilən, azərbaycanlı yazar Zemfira Məhərrəmlinin qələmə aldığı “Qarabağ Müharibəsi – Zərif Talelər” adlı kitabın tanıtım programı keçirilib.

Yenicag.az xəbər verir ki, Türk Tarix Qurumunun ev sahibliyi ilə keçirilən tədbir Türkiyədəki Azərbaycan Səfirliiyi, 2018 Hərəkatı, Türkiyə Elm və Ədəbiyyat Əsəri (İLESAM), Yerli Düşüncə Dərnəyi tərəfindən düzənləndi. Proqrama Türkiyə Cümhurbaşqanının baş məsləhətçisi Yalçın Topçu, eləcə də Ədalət və Qalxınma Partiyasının (AKP) Ordu Millətvəkili Mətin Gündoğdu, AKP İstanbul Milletvekili ve Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu Başqanı Şamil Ayrım, Milliyyətçi Hərəkat Partiyasının 24-cü dönəm İğdır Millet vəkili Sinan Oğan, Azərbaycan Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Türk Tarix Qurumu başqanı professor doktor Refik Turan, İLESAM Genel Başkanı Məhmət Nuri Parmaksız, 2018 Hərəkatının 100 qurucu üzvündən Zemfira Məhərrəmli, 2018 Hərəkatı Türkiyə təmsilşisi vəkil Səidə Ekmen və digər dəvətlilər qatılıb.

2018 Hərəkatının Türkiyə Təmsilçisi Səidə Ekmen bu ili tarixi baxımdan Azərbaycan üçün bir çox önəmli hadisələrlə xatirlanacaq bir cağ olaraq dəyərləndirdi: “2018-ci il Azərbaycan Demokratik Cümhuriyyətinin, Azərbaycan Silahlı Qüvvələrinin və Bakının qurtuluşunun 100-cü ildönümləri kimi tarixi bayramlar ilidir. Azərbaycan Cümhuriyyətinin 100-cü ildönümünün bütün ölkədə rəsmi olaraq qeyd edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti sayın İlham Əliyev 16 may 2017-ci ildə Fərman imzaladı”.

Yazar Zemfira Məhərrəmlinin “Qarabağ müharibəsi: Zərif talelər” kitabını Azərbaycan Cümhurriyyətinin və Milli Ordusunun 100 illik yubileyinə bir hədiyyə hesab edən Səidə Ekmen tədbir iştirakçılarına təqdim olunacaq kitabdan da bəhs etdi.

“Azərbaycanın öz torpağı Qarabağda hüquqsuz və zalım işgal davam edir”

Beynəlxalq təşkilatların qərarlarına rəğmən, hələ də bütün dünyanın gözü önündə Qarabağ bölgəsinin Ermənistan tərəfindən işgalına göz yumulduğunu vurğulayan Türkiyə Cumhurbaşkanı başdanışmanı Yalçın Topçu çıxış edərək bu fikirləri bildirdi: “Azərbaycanın öz torpağı Qarabağda BMT, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı , ATƏT-in Minsk qrupunun qərarlarına rəğmən hələ də həyasız, hüquqsuz və zalım işğal davam edir”. Yazara Qarabağ mövzusuna diqqət ayırdığı üçün təşəkkür edən Topçu “Can Azərbaycanımıza qiyamətə qədər hürr və müstəqil olaraq xöşbəxt və firavan həyat arzulayıram” deyə, çıxışını tamamladı.

“Qardaşlığımızdan narahat olanlara inad bu qardaşlığımızı davam etdirməliyik”

Azərbaycan ilə Türkiyənin tarxin hər dönəmində bərabər olduğunu vurgulayan Mətin Gündoğdu bu bərabərliyin dəyərlərindən danışdı: “Bu elə bir birlikdir ki, eyni evdə böyüyən, eyni beşikdə bəslənən, eyni dəyərləri daşıyan bir qardaşlıq bağıdır. Millət vəkili olaraq parlamentdə, Yerli Düşüncə Dərnəyində, vətəndaş cəmiyyətlərində, bu qardaşlığımızın əbədiyən qüvvətli qalması üçün var gücümüzlə çalışırıq. Bilirik ki, özümüz haqqında bilgilərimiz bizə qüvvət verir və bizim qardaşlığımızın kökləri çox dərinlərə gedib çıxır. Qardaşlığımızdan narahat olanlara inad bu qardaşlığımızı davam etdirməliyik”.

“İstiqlalsevərliyimiz ortaq dəyərimizdir”

Türk Tarix Qurumunun rəhbəri Refik Turan isə Türkiyə-Azərbaycan əlaqələri üçün şüara şevrilən “bir millət, iki dövlət” ifadəsinə diqqət çəkərək bunları söylədi: “Bundan 100 il öncə Nuri Paşa və onun ətrafındakı igidlər Bakədakı qardaşlariyla birləşib qazandığı Bakı zəfəri Azərbaycanımızın istiqlal mücadiləsinin məhəng daşıdır. Dövlətlərimiz istiqlal mücadilələrini eyni dönəmlərdə yaşamışlar. İstiqlal bağımlılğı iki dövlət və tək millətin ortaq nöqtələrindən biridir”.

Programın sonunda Zemfira Məhərrəmli kitablarını imzalayaraq tədbir iştirakçılarına hədiyyə etdi.

Sevil Ünal

Ankara

www.yenicag.az

1672
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100