"Qarabağ"dan azarkeşlərinə müraciət

media-hightechnic-468x90

Fransada “Marsel” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda qonaq komandanın azarkeşləri üçün nəzərdə tutulmuş biletlər matç günü satışa çıxarılacaq.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, qarşılaşmanı tribunadan izləmək istəyən fanatlar biletləri 17:00-dan 20:30-dək görüşün oynanılacağı “Velodrom” arenasında ayrılacaq kassadan ala bilərlər. Biletlərin qiyməti 20 avrodur. “Qarabağ” azarkeşləri üçün stadiona giriş 20-ci qapıdan olacaq.

Bildirilib ki, stadiona avtomobillə gələcək tamaşaçılar P3 parkinqindən istifadə edə bilərlər. Avtomobil üçün yerlərin sayı məhduddur (22 yer).

Qeyd edək ki, fevralın 17-də keçiriləcək “Marsel” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05