Futbol üzrə Azərbaycan Premyer Liqasında fevralın 20-də keçirilməsi planlaşdırılan “Qarabağ” – “Sumqayıt” oyunu təxirə salınıb.
Yenicag.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu UEFA Konfrans Liqasının pley-offunda Fransa “Marsel”i ilə görüşlərə daha yaxşı hazırlaşmaq məqsədi ilə PFL-ə müraciət edib.
Qurum “köhlən atlar”ın ölkə idmanı üçün vacib olan matçlara daha yaxşı hazırlaşmasını nəzərə alaraq və “Sumqayıt” klubunun razılığını rəhbər tutaraq qarşılaşmanın mayın 12-də oynanılması ilə bağlı qərar çıxarıb.
Qeyd edək ki, “Qarabağ” “Marsel”ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.
www.yenicag.az